Kompozit Dekinq
(terras üçün döşəmə) ətraflı
Kompozit Taxta təbii ağac lifləri və plastik qarışığından hazırlanan müasir bir dekorativ örtük materialıdır. Bu iki komponent istiliyə və təzyiqə məruz qoyularaq, möhkəm, davamlı və təbii ağaca bənzər görünüşü olan bir panel halına gətirilir. Nəticədə ağacın estetikası ilə plastikin praktikliyini birləşdirən bir məhsul yaranır.
-Çürüməyə, gəmiricilərə (termitlərə) və rütubətə qarşı çox davamlıdır.
-Ağacdan fərqli olaraq, çatlamır, əyilmir və şişmir.
-5-20 ilə qədər zəmanət verilir (növündən asılı olaraq).
-Ağac dekinq kimi illik yağlanma və boya TƏLƏB ETMİR.
-Adi sabunlu su ilə təmizləmək kifayətdir.
-Ləkələrə və kiflənməyə qarşı müqavimətlidir.
-Səthi yağışdan sonra belə təhlükəsizdir, sürüşkən deyil.
-Hovuz ətrafı və terraslar üçün ideal seçimdir.
-Təbii ağacın rəng və fakturasını çox uğurla təqlid edir (palıd, tik, qaraqulaq və s.)
-Müxtəlif rəng, ölçü və faktura seçimləri vardır.
-Vahid bir görünüş yaradır, ağac kimi ləkələnmir.
-"Klip" sistemləri sayəsində lövhələr asanlıqla bərkidilir, görünən mismarlar olmur, daha hamar, təhlükəsiz və gözəl bir görünüş yaranır.
Biz AzDekinq olaraq, Azərbaycan tikinti materialları bazarına yüksək keyfiyyətli WPC (Ağac-Plastik Kompozit) məhsulları gətiririk. Məhsullarımız Çin fabrikində istehsal edilir, seçdiyimiz istehsalçılar premium keyfiyyət standartlarına cavab verir və bu da bizim ən böyük fərqimizdir.
1. Kompozit Dekinq: Uzunömürlü və heç bir baxım tələb etməyən terras və döşəmələr üçün
2. Kompozit Saydinq (Divar Örtüyü): Binalarınızı müasir və estetik görünüşlə təmin edən, həm dekorativ, həm də qoruyucu örtük
3. Kompozit Bağ Hasarları – Təbii Gözəllik, Sonsuz Davamlılıq. Ənənəvi ağac hasarlara nisbətən üstünlük təşkil edən, premium keyfiyyətli Ağac-Plastik Kompozit Bağ Hasarlarını sizə təqdim edirik.
-Premium Keyfiyyət: Bütün məhsullarımız yüksək sıxlıqda və davamlılıqda istehsal olunur.
-Geniş Rəng Seçimi: Hər bir məhsul qrupunu 6 müxtəlif modern rəngdə təklif edirik.
-Ən Uzun Zəmanət: Sizə etdiyimiz inamın ən böyük sübutu olaraq, məhsullarımıza ictimai iaşə obyektlərində istifadə üçün 10 il, şəxsi ev və bağlar üçün isə 20 il zəmanət veririk.
-AzDekinq olaraq, biz sadəcə məhsul yox, uzunmüddətli bir rahatlıq və gözəllik satırıq.